top of page
Search

Yad vətən

Gətmə deyirsən nə bilim axı,

Bəlkə çoxdan getmişəm hələ

Sahildə, saçlarının arasından

Küləktək əsib keçmişəm hələ


Bəlkə toxunmuşam yanağınada,

Ruhumu ruhuna qatıb keçmişəm

O qara gözünə, dodağınada

Ruhumu ruhuna satıb keçmişəm


Bəlkə mən olmamışam heç

Bəlkə xəyal etmisən məni

Görmə biryol yanımdan keç

Bəlkə sən bildim məndə keçəni


Gedirəm bağışla gələn deyiləm

Sənsiz uzağlarda gülməyəcəyəm

Sənin qədrini bilən deyiləm

Menim üçün ölsəndə bilməyəcəyəm


Hərşeyi unut məni unutma

Qoy səndə yaşayım biraz

Gəl desəm nə olar qayıtma

Adımı yerlərə göz yaşınla yaz


Yazki gözlərindən mən düşüm yerə

Əzilim xıncım-xıncım ayağ altında

Nə olar ağlama-ağlama yenə

Süzülüb getməyim yanağ altında


Gedərkən, hər addımını saydım

Bu addimlar nece uzagmis nece

Gederken yollarda ruhumu azdim

Nece herseyim biraz azmis nece


Məncə bu təyyarə qalxmaz yerindən

Sən boyda dərdi aparıram, gəl

Deyəsən qan iyi gəlir gözümdən

Ağlamıram, gözümdən qanayıram gəl


Gəlmişəm, çatmişam bura haradı?

Bura başdan sona vətəndi bəlkə?

Göy üzü mavi, torpağ qaradı

Qəribi vətənsiz sevəndi bəlkə?


Artıq gəlmişəm mən başqa ölkəyə

Bu şəhərdə sənsizlik baş alıb gedir

Çox qərib var buralarda, gördüm!

Hərkeçən bağrına daş alıb gedir


Hər küncdə bucağda qürbət qorxusu

Insanlar başqa dildə danışır

Ah səndən gələn o dəniz qoxusu

Ciyərim o iy üçün yanır alışır



Mən buraxmaq istədim orada hərşeyi

Buraxmadığlarımı çoxdan itirdim

Sadecə özüm gəlmək istədim amma

Özümü gətirməklə hərşey gətirdim


Qürbətmi, vətənmi birmirəm artıq

Hərşeyin var, bir sən yoxsan orda

Özündən başqa hərşeyin sənsən

Nə orda özünsən nədəki burda


İllər keçir oxşadıram özümü

Yad vətəndə yad ellərə

Gecələr qırpmayıram gözümü

Günlər dönür fəsillərə


Bugün qonağlar gəlib yeri gəlmişkən

Deyirik, gülürük gülüş qonur yanağlara

Bir söz xatırladım, şair demişkən

Yad evdə doğmalaşmışam qərib-qərib qonağlara


10.13.21.      3:38 am




 
 
 

Comments


bottom of page